UEFA-dan AVRO-2024-lə bağlı qərar
AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək
AVRO-2024-də iştirak edən komandaların sifariş vərəqinə daxil edə biləcəyi futbolçuların sayı dəqiqləşib. Bu barədə qərarı UEFA verib.
Avropa çempionatının final mərhələsinin iştirakçıları yarış üçün 26 futbolçu sifariş edə biləcək. Öncədən bu rəqəmin 23-ə bərabər olacağı gözlənilirdi.
UEFA ilk dəfə AVRO-2020-də yığmalara 26 futbolçu sifariş etmək icazəsi verib. Həmin vaxt bu addım koronovirusun fəsadları və sıx təqvim üzündən belə addım atıb. FİFA DÇ-2022-də də eyni sayda oyunçu sifarişinə icazə versə də, “23-lük” qaydasının tətbiqinə qayıdılacağı nəzərdə tutulmuşdu.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.