XƏBƏRLƏR / İdman

Bakının dünya idman paytaxtına namizədliyi irəli sürülüb

Bu barədə Avropanın İdman Paytaxtları Federasiyasının baş katibi Huqo Alanso Kastanon deyib

Bakının dünya idman paytaxtına namizədliyi irəli sürülüb
Huqo Alanso Kastanon
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb. Bu barədə Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında bildirib.

    O bildirib ki, bu kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndiriləcək: "Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin. 1 həftə ərzində qiymətləndirmələr aparılacaq və biz yalnız bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq".