XƏBƏRLƏR / İdman

Bakıda buz meydançası istifadəyə verilib FOTO

Meydança ölkədə idmanın fiqurlu konkisürmə növünün inkişafına təkan məqsədilə istifadəyə verilib

Bakıda buz meydançası istifadəyə verilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.

    Bununla bağlı idman obyektində açılış mərasimi keçirilir.

    Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak edirlər.

    Meydança ölkədə idmanın fiqurlu konkisürmə növünün inkişafına təkan məqsədilə istifadəyə verilib.

    Burada hokkeyin inkişafı üçün tələb olunan imkanlar da mövcuddur.