XƏBƏRLƏR / İdman

Taekvondoçularımız dünya çempionatında mübarizəyə başlayır

İlk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib.

Taekvondoçularımız dünya çempionatında mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayacaq.

    58 kiloqram çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

    Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.

    Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.