XƏBƏRLƏR / İdman

Ruslan Nurullayev U-20 dünya çempionatında bürünc medal alıb

Üçüncü yer uğrunda mübarizədə o, çinli Venhao Huya qalib gəlib

Ruslan Nurullayev U-20 dünya çempionatında bürünc medal alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

    Üçüncü yer uğrunda mübarizədə o, çinli Venhao Huya qalib gəlib.

    Görüş 6:5 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.

    Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvləri dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Bundan əvvəl Cocu Səmədov (87 kq) dünya çempionatının gümüş medalını qazanıb.