XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb

Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu üzmədə çıxış edib YENİLƏNİB

Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
Vəli İsrafilov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 21:10

    Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

    O, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

    ***

    13:03

    Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

    SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu üzmədə çıxış edib.

    O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda da vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.