XƏBƏRLƏR / İdman

Paris-2024: Raman Saley bürünc qazanıb

Bu Ramanın ikinci medalıdır

Paris-2024: Raman Saley bürünc qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti növdə qüvvəsini sınayıb.

     S12 kateqoriyasında yarışan idmançımız 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında uğurlu nəticə əldə edib.

    Paraüzgüçümüz Raman Salei S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb

    Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında Paris Paralimpiadasının gümüş medalını qazanıb.