Paralimpiya Oyunlarında ölkəmizi 45 idmançı təmsil edəcək
Avropa Paralimpiya Oyunları avqustun 5-21-də Niderlandın Rotterdam şəhərində keçiriləcək
Azərbaycan komandası avqustun 5-21-də Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Oyunlarında iştirak edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə nümayəndə heyətinin missiya rəhbəri idman şöbəsinin aparıcı mütəxəssisi Leyli Aslanova təyin olunub.
“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda ölkəmiz ümumilikdə 45 idmançı ilə təmsil olunacaq. İdmançılar cüdo, boccia, qolbol, kamandan oxatma, güllə atıcılığı, taekvondo və badminton növlərində öz güclərini sınayacaqlar.
Qeyd edək ki, L.Aslanova “Tokio-2020” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb.