XƏBƏRLƏR / İdman

15-ci dünya çempionu Vişvanatan Anand Bakıya gələcək

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

15-ci dünya çempionu Vişvanatan Anand Bakıya gələcək
Vişvanatan Anand
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

    AŞF-nin mətbuat xidmətindən bildirilib ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Bakı Kristal Zalında 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

    Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir.