XƏBƏRLƏR / İdman

Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçirilib

Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:10

    Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

    Ağdamın “Qarabağ” klubu Bakının “Səbail” klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Sumqayıt”ı 1:0 hesablı ilə məğlub edib. Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

    ***

    09:21

    Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

    Şamaxı stadionunda şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.

    Görüş saat 16:30-da başlayacaq.

    Günün növbəti matçı isə "Azərsun Arena"da reallaşacaq. Son ölkə çempionu "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

    Qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

    Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" doğma divarlar arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

    Azərbaycan Premyer Liqası

    VI tur

    14 sentyabr

    16:30. “Şamaxı” – “Sumqayıt”
    Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
    VAR: Rauf Cabarov.
    AVAR: Eyyub İbrahimov.
    Hakim-inspektor: Zöhrab Qədiyev.
    AFFA nümayəndəsi: Azər Əsgərov.
    Şamaxı şəhər stadionu

    19:00. “Qarabağ” – “Səbail”
    Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
    VAR: Kamal Umudlu.
    AVAR: Asiman Əzizli.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: İlham Əliyev.
    “Azərsun Arena”