XƏBƏRLƏR / İdman

"Zirə" bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq

Rəşad Sadıqovun yetirmələri Kiprdə "Omoniya"nın qonağı olacaq

"Zirə" bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq.

    Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya"nın qonağı olacaq.

    GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saar 21:00-da start götürəcək. Görüşü estoniyalı hakim Yuri Frişer idarə edəcək.

    UEFA Konfrans Liqası

    Pley-off mərhələsi, ilk oyun

    22 avqust

    21:00. "Omoniya" (Kipr) - "Zirə" (Azərbaycan)

    Baş hakim: Yuri Frişer (Estoniya).

    Larnaka, GSP stadionu.

    Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.