XƏBƏRLƏR / İdman

UEFA reytinqi: Azərbaycan 26-cı sıradadır

Reytinq siyahısında 55 ölkə yer alıb

UEFA reytinqi: Azərbaycan 26-cı sıradadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib.

    Bu, avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra baş verib.

    26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

    "Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə uduzub - 0:3.

    "Zirə" UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6.

    25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

    55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.