17 yaşadək olan güləşçilərimiz bürünc medal aldılar
İordaniyanın paytaxtı Əmmanda 17 yaşadək güləşçilər arasında dünya çempionatı bitib
İordaniyanın paytaxtı Əmmanda 17 yaşadək dünya çempionatında Azərbaycan Yunan-Roma güləşçiləri komanda hesabında üçüncü yeri tutub.
Böyük məşqçi Taleh İsrafilovun, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında komandamızın üzvləri turnirdə üç medal qazanıblar.
Beləliklə, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) dünya çempionu, Əmrax Əmrahov (48 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan komandası 105 xal toplayaraq komanda hesabında üçüncü olub. İlk üçlüyə İran komandası (140), ikinci yerə Özbəkistan komandası (113) başçılıq edib.