XƏBƏRLƏR / İdman

"Qazax İdman paytaxtı 2026" loqosu hazırlanıb

Bu barədə Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bildirib

"Qazax İdman paytaxtı 2026" loqosu hazırlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.

    Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev bildirib ki, "İdman paytaxtı"na hazırlıq işləri həyata keçirilir. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"-nın loqosu hazırlanıb.

    “Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir" - deyə, Ə.Məsmalıyev əlavə edib.

    İdarə rəisi onu da bildirib ki, İdman paytaxtının açılış mərasimi 2026-cı ilin yanvar ayında Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında təntənəli şəkildə keçiriləcək.