XƏBƏRLƏR / İdman

UEFA Avropa Liqasında yarımfinal matçları keçiriləcək

Qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək

UEFA Avropa Liqasında yarımfinal matçları keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

    Yarımfinal mərhələsinin cavab görüşündə  "Roma" Almaniyada "Bayer 04"ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.

    İtaliyanın digər təmsilçisi "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edəcək.

    Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 1:1.

    UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gələcək. İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün qalibi finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.

    Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.