XƏBƏRLƏR / İdman

Azərbaycanın qadın boks yığması yeddi medal qazanıb

Serbiyanın Sombor şəhərində keçirilən Qadınlar arasında Millətlər Kubokunu qızlarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub

Azərbaycanın qadın boks yığması yeddi medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın qadın boks yığması Serbiyanın Sombor şəhərində keçirilən Qadınlar arasında Millətlər Kubokunda yeddi medal qazanıb.

    Azərbaycan komandası ilin ilk yarışını üç qızıl, bir gümüş və üç bürünc medalla başa vurub.

    Yeniyetmələr arasında ən yüksək mükafatları Banuçək Nəsirli (46 kq), Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) qazanıb.

    Böyüklər arasında keçirilən yarışda Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı rəqibinə uduzaraq ikinci yeri tutub.

    Bürünc medalları Marjona Savrieva (50 kq), Məhsəti Ağamalıyeva-Qamzeyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) qazanıblar.

    Azərbaycan komandası komanda hesabında üçüncü yeri tutub. Emili Rzayeva öz yaş qrupunda “Ən yaxşı boksçu” nominasiyasının qalibi olub.

    Qeyd edək ki, Millətlər Kubokunda 10 ölkədən 102 idmançı birincilik uğrunda mübarizə aparıb.