XƏBƏRLƏR / İdman

Syerra-Leone milli komandasının futbolçusu “Neftçi”də

Alfa Konte komandanın heyətində 20 nömrəli formanı geyinəcək

Syerra-Leone milli komandasının futbolçusu “Neftçi”də
Alfa Konte
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

    Klubdan verilən məlumata görə, Syerra-Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2,5 + 1 illik müqavilə bağlanıb. 23 yaşlı vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, Alfa Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra-Leone milli komandasının heyətində 2 oyun keçirib.