XƏBƏRLƏR / İdman

Formula 2: İrlandiyalı pilot 1-ci əsas yarışın qalibi olub

YENİLƏNİB

Formula 2: İrlandiyalı pilot 1-ci əsas yarışın qalibi olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:50

    Formula 2 Azərbaycan Qran-Prisində birinci əsas yarışa yekun vurulub.

    Ən yaxşı nəticəni “Rodin” komandasından irlandiyalı Aleks Dann göstərib.

    Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, “Dams Lucas Oil”in isveçli pilotu Dino Beqanoviç üçüncü olub.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq

    ***
    15:15

    Formula 2 Azərbaycan Qran-Prisində əsas yarış zamanı zəncirvari qəza baş verib.

    İnsident nəticəsində bir neçə bolid trasdan çıxıb.

    Hadisədən sonra təhlükəsizlik məqsədilə qırmızı bayraq dalğalandırılıb və yarışın gedişinə fasilə verilib.

    Qəza nəticəsində 7 pilot — Tsolov, Dürksen, Van Hoepen, Bennet, Villaqomes, Miyata və Şilds mübarizəni vaxtından əvvəl başa vurmalı olublar.


    ***

    14:04

    Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

    Yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

    “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen birinci, “Mercedes”in britaniyalı pilotu Corc Rassel ikinci, “Ferrari”dən Luis Hemilton isə üçüncü olub.

    Birinci və ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni C.Rassel göstərmişdi.

    Bu gün, həmçinin Formula 2 üzrə əsas yarış keçiriləcək. Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.