XƏBƏRLƏR / İdman

“Paris-2024”: Azərbaycan üzgüçüsü çıxışını başa vurub

Ümumi sıralamada 25-ci olan R.Vəlizadə yarımfinala vəsiqə qazana bilməyib

“Paris-2024”: Azərbaycan üzgüçüsü çıxışını başa vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan üzgüçüsü Ramil Vəlizadə “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında qüvvəsini sınayan idmançı təsnifat mərhələsində mübarizə aparıb.

    Finişə 1 dəqiqə 59,77 saniyəyə çatan üzgüçü birinci qrupda dörd iştirakçı arasında 2-ci yeri tutub.

    Ümumi sıralamada 25-ci olan R.Vəlizadə yarımfinala vəsiqə qazana bilməyib.