XƏBƏRLƏR / İdman

Hacı Əliyev karyerasını başa vurub

34 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib

Hacı Əliyev karyerasını başa vurub
Hacı Əliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • zərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev peşəkar idmançı karyerasını başa vurub.

    34 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

    Titullu güləşçimiz "Bu da son" yazaraq idmanla vidalaşdığını açıqlayıb.

    Qeyd edək ki, Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.