İdmançılarımız Paris Paralimpiadasına hazırlıqlara başlayıb
Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb
Paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə Azərbaycan milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan toplanış avqustun 21-dək davam edəcək.
Qeyd edək ki, Paris Paralimpiadası avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.