XƏBƏRLƏR / İdman

“Barselona”nın yeni baş məşqçisi bəlli oldu

Hans-Diter Flik Xavi Ernandesi əvəzləyib

“Barselona”nın yeni baş məşqçisi bəlli oldu
Hans-Diter Flik
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi bəlli olub.

    Klubun mətbuat xidməti xəbər yayıb ki, bu vəzifəyə almaniyalı Hans-Diter Flik gətirilib. 59 yaşlı mütəxəssislə müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.

    O, bu postda ispaniyalı Xavi Ernandesi əvəzləyib.

    Qeyd edək ki, Hans-Diter Flikin son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.