XƏBƏRLƏR / İdman

"Qarabağ"la oyun öncəsi "Bayer"də ciddi itkilər var

Sabah iki komandanın görüşü Bakı vaxtı ilə saat 00:00-da Almaniyada baş tutacaq

"Qarabağ"la oyun öncəsi "Bayer"də ciddi itkilər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avroliqanın 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” oyuna ciddi itkilərlə çıxacaq.

    Xarici KİV xəbər verir ki, Leverkuzen təmsilçisi üç futbolçudan yararlana bilməyəcək. Bunlar müdafiəçi Artur, hücumçu Viktor Bonifes və yarımmüdafiəçi Noay Mbambadır.

    Qeyd edək ki, sabah "BayArena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.