XƏBƏRLƏR / İdman

AFFA Canni de Byazi ilə vidalaşdı

De Byazi AFFA-nın fövqəladə iclasını erkən tərk edib

AFFA Canni de Byazi ilə vidalaşdı
Canni de Byazi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti uzadılmayacaq.

    Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

    Bu gün keçirilən fövqəladə iclasda italiyalı futbol mütəxəssisin hesabatını dinləyən komitə onun gələcək taleyini müzakirə edib. De Byazinin fəaliyyətini qənaətbəxş saymayan AFFA onunla müqaviləni uzatmamağa üstünlük verib.

    Qeyd edək ki, De Byazi AFFA-nın fövqəladə iclasını erkən tərk edib.

    AFFA-nın Baş katibi Sərxan Hacıyev millidən ayrılmaq barədə qərarın De Byazi tərəfindən verildiyini qeyd edib: “De Byazi iclasda iştirak etdi və qısa olaraq nəticələr barədə müəyyən məlumat verdi. Ondan sonra bildirdi ki, Azərbaycanda fəaliyyətini dayandırır və müqavilənin uzadılmamasını xahiş edir. De Byazi dinlənildi və AFFA İcraiyyə Komitəsində müzakirə aparıldı. Son üç ildə onun vaxtında millinin nəticələri də nəzərə alındı. Ümumi məsələlər də müzakirə olundu və İcraiyyə Komitəsinin üzvləri tərəfindən də belə qənaətə gəlindi ki, müqavilə uzadılmasın”.

    Qeyd edək ki, De Byazi 2020-ci ilin iyulundan millimizi çalışdırırdı.