XƏBƏRLƏR / İdman

İrəvanda olan ağır atletlətimiz açılışda olmayacaqlar

Bunu erməni tərəfi Azərbaycan milisi ilə də razılaşdırıb

İrəvanda olan ağır atletlətimiz açılışda olmayacaqlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İrəvanda olan ağır atletlətimiz Ermənistan paytaxtında keçirilən Avropa çempionatının açılışında iştirak etməyəcəklər. Bunu erməni tərəfi Azərbaycan milisi ilə artıq razılaşdırıb. Səbəb, iki ölkə arasında olan gərginliyə görədir.

    Bu arada Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər açıqlanıb.

    Komandamızın üzvlərindən ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımız aprelin 15-də qüvvəsini sınayacaq.

    Kişilərin yarışında 67 kq çəkidə İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət, 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.

    Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.