XƏBƏRLƏR / İdman

Formula 1-ə dünyanın 100-dən çox ölkəsindən turist gələcək

Formula 1 yarışları Bakıda aprelin 28-dən 30-unadək keçiriləcək

Formula 1-ə dünyanın 100-dən çox ölkəsindən turist gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Formula 1 zamanı Bakıya dünyanın 100-dən çox ölkəsindən turistlər gələcək.

    "Baku City Circuit" (Bakı Şəhər Halqası) Əməliyyat Şirkətinin nümayəndəsi Turab Teymurov bildirib ki, bilet satışında Böyük Britaniya və Hollandiya liderlik edir.

    Formula 1 yarışları Bakıda aprelin 28-dən 30-unadək keçiriləcək. Aprelin 24-ü saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, mayın 2-də səhər saat 08:00-da nəqliyyatın hərəkəti bərpa olunacaq.