Bakıda taekvondo üzrə Dünya çempionatı keçiriləcək
Bu haqda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına yekun hazırlıqla bağlı mətbuat konfransı keçirilib.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında çıxış edərək qeyd edib ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan Azərbaycan paytaxtı bu ilin may ayında taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək.
“Ölkəmizdə keçirilən bu çempionat ümummilli lider Heydər Əliyevin 100, Dünya Taekvondo Federasiyasının 50 illik yubileylərinə təsadüf etdiyi üçün bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Yarışın təşkili ilə bağlı bütün texniki məsələlərə baxılıb və hazırlıq işləri yüksək səviyyədə davam edir”, - deyə vitse-prezident bildirib.