XƏBƏRLƏR / İdman

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşıları sırasında

Bu haqda "FourFourTwo" nəşrinin reytinq cədvəlində deyilir

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşıları sırasında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "FourFourTwo" nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

    İlk 100-liyə Bakı Olimpiya Stadionu da daxildir. 2015-ci ildə açılan arena 41-ci yerdə qərarlaşıb.

    Siyahıya Argentinada yerləşən "La Bombonera" stadionu başçılıq edir. İkinci yerdə Braziliyanın Marakana stadionu qərarlaşıb. İlk “üçlüyü” Almaniyanın “Borussiya Dortmund” komandasının oyunlarına ev sahibliyi edən “Siqnal İduna Park” qapayır.

    Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.