XƏBƏRLƏR / İdman

"Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Qarşılaşma "köhlən atlar"ın 5:0 hesablı qalibiyyəti ilə bitib

"Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

    İlk oyun günündə iki qarşılaşma keçirilib.

    Açılış matçında “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hazırda Gəncə klubu 35 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 51 xalla 2-ci pillədə qərarlaşıb.

    Günün son oyununda çempion “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni sınağa çəkib.

    Qarşılaşma "köhlən atlar"ın 5:0 hesablı qalibiyyəti ilə bitib.

    Hesabı 12-ci dəqiqədə Nəriman Axundzadə açıb. 41-ci dəqiqədə Toral Bayramov fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Leandro Andrade Bakı klubunu üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 77-ci dəqiqədə N.Axundzadə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 85-ci dəqiqədə Abdulla Zubir müəyyənləşdirib.

    Bu nəticədən sonra Ağdam klubu 76 xalla turnir cədvəlinə başçılıq edir. 50 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qalıb.

    Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.