XƏBƏRLƏR / İdman

Paraüzüçümüz Roman Soley yenə finala yüksəldi

Azərbaycan idmançısı 100 metr məsafəyə sərbəst üzgüçülük yarışında uğurla çıxış edib

Paraüzüçümüz Roman Soley yenə finala yüksəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı paraüzüçü Roman Soley Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

    Azərbaycan idmançısı 100 metr məsafəyə sərbəst üzgüçülük yarışında (S12 kateqoriyası) təsnifat mərhələsində uğurla çıxış edib.

    Xatırladaq ki, Raman Soley bundan əvvəl Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxası üstə üzmə yarışında gümüş medal qazanıb.