"Böyük Dəbilqə": Daha 3 cüdoçumuz tatamiyə çıxır
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günüdür
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.
Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) yarışa 1/8 final mərhələsindən start verəcəklər.
Qadınların yarışında isə eyni mərhələdə Mədinə Kaisinova (+78 kq) Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.
1 dəqiqədən az