XƏBƏRLƏR / İdman

İspaniya millisi FIFA U-15 dünya çempionatının qalibi olub

Matç Bakı Kristal Zalında təşkil olunub

İspaniya millisi FIFA U-15 dünya çempionatının qalibi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına yekun vurulub.

    Mundialın əsas finalında Çexiya və İspaniya yığmaları qarşılaşıblar. Bakı Kristal Zalında təşkil olunan matç ispanların 3:0 hesablı qələbəsi ilə bitib.

    Bununla da İspaniyanın U-15 yığması tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalının qalibi olub.

    Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.