XƏBƏRLƏR / İdman

UEFA Çempionlar Liqasının qalibi bu gün müəyyənləşəcək

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

UEFA Çempionlar Liqasının qalibi bu gün müəyyənləşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın PSJ klubu finalda İngiltərənin Arsenal klubu ilə qarşılaşacaq.

    Oyun Macarıstanın paytaxtı Budapeştdəki 67.000 tamaşaçı tutumuna malik "Puşkaş Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Hakim almaniyalı FİFA referisi Daniel Sibert olacaq.

    PSJ tarixində üçüncü dəfə finalda oynayacaq. Fransa klubu 2020-ci il finalında "Bavariya"ya 1:0 hesabı ilə məğlub olmuşdu və ötən mövsüm turnirin qalibi olaraq "İnter"i 5:0 hesabı ilə məğlub etmişdi.

    Sonuncu dəfə 2006-cı ildə finala çıxan "Arsenal" ilk dəfə titul uğrunda mübarizə aparacaq.