XƏBƏRLƏR / İdman

Güləşçimiz Qazaxıstanda keçirilən DÇ-da gümüş medal qazandı

YENİLƏNİB

Güləşçimiz Qazaxıstanda keçirilən DÇ-da gümüş medal qazandı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 19:06

    Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.

    O, finalda ABŞ-dən olan Kayl Deykə 2:3 hesabı ilə məğlub olub.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib.

    ***

    18:16

    Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

    125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə Macarıstan idmançısı Vladislav Baytsayevi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

    Digər güləşçilərdən İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ) uduzub. Cəbrayıl Hacıyev (79 kq) isə 1/4 finalda türkiyəli Okan Taxtaçını məğlub etsə də, yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə uduzub. Buna baxmayaraq hər iki güləşçi sabah təsəlliverici görüşə çıxacaq.

    Turan Bayramov təsnifat mərhələsində Giorgi Elbakidzeni (Gürcüstan) 2-1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan təmsilçisi Nurkoja Kapanova uduzub. Lakin N.Kapanov finala yüksəldiyi üçün T.Bayramov təsəlliverici görüşə çıxacaq.

    92 kq çəki dərəcəsində yarışan Ali Tsokayev 1/8 finalda Recep Haydarini (Makedoniya) məğlub etsə də, 1/4 finalda Trent Hidliyə (ABŞ) uduzub. Lakin T.Hidli finala yüksəldiyi üçün A.Tsokayev də təsəlliverici görüşdə mübarizə aparmaq hüququ qazanıb.

    Arseni Cioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparacaq.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

    ***

    09:36

    Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

    1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək.

    1/8 finalda Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakov, Ali Tsokayev (92 kq) isə Domantas Pauliuşenko (Litva)/Recep Haydari (Şimali Makedoniya) cütünün qalibi ilə güləşəcək.

    Bundan əlavə, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda macarıstanlı Vladislav Baytsayevlə münasibətlərə aydınlıq gətirəcək.

    Arseni Cioyev (86 kq) isə ABŞ-dan olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparacaq.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.