XƏBƏRLƏR / İdman

Osman Nurmaqomedov (86 kq) yarımfinala çıxa bilmədi

57 kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə xalçadan məğlub ayrılıb

Osman Nurmaqomedov (86 kq) yarımfinala çıxa bilmədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:25

    Osman Nurmaqomedov Paris Olimpiadasında növbəti görüşünə çıxıb.

    Təmsilçimiz 1/4 finalda San Marino təmsilçisi Mayls Amine ilə üz-üzə gəlib.

    Dramatik keçən qarşılaşmada idmançımız rəqibinə məğlub olub - 16:14.

    ***

    14:38

    Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları davam edir.

    Bu gün daha bir təmsilçimiz mübarizəyə qoşulub.

    86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov ilk yarışını Monqolustan təmsilçisi Bat Erden Byambasurenə qarşı keçirib.

    Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.

    ***

    Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə isə ilk görüşdə uduzub.

    57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb. Güləşçimiz xalçadan 4:11 hesabı ilə məğlub ayrılıb.

    Rəqib finala vəsiqə qazansa, Ə.Rzazadə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək