XƏBƏRLƏR / İdman

Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq

Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycanın daha üç idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

    Onlardan ikisi sərbəst güləşçi, biri isə gimnastdır.

    Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar.

    Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş etdirəcək.

    Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.

    Hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.