XƏBƏRLƏR / İdman

"Sabah" klubu UEFA-dan 19 mln avroya yaxın bonus qazanıb

Məlumat UEFA tərəfindən yayılıb

"Sabah" klubu UEFA-dan 19 mln avroya yaxın bonus qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Seçmə mərhələdə İsrailin "Hapoel" (Be'er Şeva) komandasını ümumi hesabla 1-2, 5-2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan Azərbaycanın "Sabah" klubu UEFA-dan xeyli bonus qazanıb.

    "Bayquşlar"ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqları üçün 18.620.000 avro (təxminən 37 milyon manat) alacağı zəmanətlidir. Bundan əlavə, TV bazar payına və ümumi turnir cədvəlindəki yekun mövqeyə əsasən müxtəlif bonuslar təqdim olunur.

    Xatırladaq ki, komandalar Çempionlar Liqasının əsas mərhələsində hər qələbə üçün 2.100.000 avro (təxminən 4.2 milyon manat), heç-heçə üçün isə 700.000 avro (təxminən 1.4 milyon manat) alırlar.