XƏBƏRLƏR / İdman

Azərbaycan III MDB Oyunlarında 2-ci yerdədir

Son gündə Şəkidə keçirilən bədii gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar

Azərbaycan III MDB Oyunlarında 2-ci yerdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.

    Son gündə Şəkidə keçirilən bədii gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.

    Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub.

    III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.

    İlk "üçlüy"ü isə 122 medalla Belarus qapayıb. Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

    Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.