UEFA bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcək
"Sabah" ilk ev matçına oktyabrın 13-də çıxacaq
UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər.
Baxış zamanı stadionun beynəlxalq oyunlara hazırlığı və UEFA-nın tələblərinə uyğunluğu qiymətləndiriləcək.
Xatırladaq ki, stadionda ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə sentyabr ayının əvvəlindən start verilib. Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində 4 ev oyununu qəbul edəcək. Azərbaycan çempionu liqa mərhələsində ilk ev matçına oktyabrın 13-də çıxacaq. II tura təsadüf edəcək görüşdə rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq.
1 dəqiqədən az