Layiqli oyun göstərən "Sabah" böyük hesabla uduzdu
"Bayquşlar" Çempionlar Liqası çərçivəsində səfərdə "Manchester United"lə ilk oyunlarını keçirdilər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Azərbaycan çempionu İngiltərədə "Mançester Yunayted"in qonağı olub.
"Old Trafford" stadionunda keçirilən qarşılaşma "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş, 45-ci dəqiqədə Benyamin Şeşko və 68-ci dəqiqədə Lisandro Martines vurublar.
Qeyd edək ki, "Sabah" liqa mərhələsində ikinci oyununu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya Praqa" komandasına qarşı keçirəcək.
1 dəqiqədən az