Minifutbol üzrə millimiz bu gün Avropa çempionu ola bilər
Azərbaycan millisi Avropa çempionatının final oyununda Ukrayna yığması ilə qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa bu gün çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
1 dəqiqədən az