Millimiz Avropa çempionatının finalına çıxıb VİDEO

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Finalda Ukrayna ilə qarşılaşacaq

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb.

    Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Avropa çempionu Serbiya ilə üz-üzə gəlib.

    Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.

    Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.

    Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq.

    Qeyd edək ki, Ukrayna millisi yarımfinal matçında Macarıstanı məğlub edib – 5:1.