XƏBƏRLƏR / İdman

UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub

İsveçrə komandası ilə cavab görüşü avqustun 27-si Türkiyədə olacaq

UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Türkiyənin "Qalatasaray" klubu İsveçrənin "Yanq Boys" kollektivi ilə qarşılaşıb.

    "Stad de Syuiss"də baş tutan oyun İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    "Sarı-qırmızılar"ın heyətində Mişi Batşuayi dubl müəllifi olub. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

    Qeyd edək ki, "Qalatasaray" və "Yanq Boys" komandaları arasında cavab görüşü avqustun 27-si Türkiyədə gerçəkləşəcək.