XƏBƏRLƏR / İdman

"Qarabağ" "Dinamo"ya məğlub oldu

Cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

"Qarabağ" "Dinamo"ya məğlub oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında oyun başa çatıb.

    Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    "Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər.

    Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.