XƏBƏRLƏR / İdman

Bakıda avarçəkmə üzrə açıq birincilik keçiriləcək

Turnir Bakı bulvarında baş tutacaq

Bakıda avarçəkmə üzrə açıq birincilik keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 22-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKFA) və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda avarçəkmə üzrə açıq birincilik keçiriləcək.

    Turnir Bakı bulvarında, federasiya binasının qarşısında baş tutacaq.

    Bakı və Mingəçevirdən olan gənc idmançılar kayak və kanoe qayıqlarında tək və qoşa qayıqlarda 200 və 500 metr məsafələrə, avarçəkmə üzrə isə 500 metr məsafəyə tək qayıqlarda yarışacaqlar.

    Bakı çempionatı saat 11:00-da başlayacaq və bir gün davam edəcək.