XƏBƏRLƏR / İdman

Azərbaycan medal sıralamasında 22-ci yerdədir

Siyahıya 115 medalla Çin başçılıq edir

Azərbaycan medal sıralamasında 22-ci yerdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 26-cı pillədədir.

    Yığmanın hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

    Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.

    Paraatlet Səid Nəcəfzadə və Lamiyə Vəliyeva da qızıl medal qazanıb.

    Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

    Azərbaycanın müttəfiqləri - Özbəkistan (6 qızıl, 4 gümüş, 4 bürünc) 10-cu, Türkiyə (2 qızıl, 6 gümüş, 3 bürünc) 25-ci yerdədir. 

    Medal alan ölkələrin sayı 72-dir.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.