XƏBƏRLƏR / İdman

"Qarabağ" səfərdə inamlı qələbə qazanıb

Oyun Misli Premyer Liqasının XXVI turu çərçivəsində keçirilib

"Qarabağ" səfərdə inamlı qələbə qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:15

    Bu gün Misli Premyer Liqasında XXVI tura start verilib.

    Açılış günündə "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşıb.

    Gərgin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    ***

    09:15

    Misli Premyer Liqasının XXVI turunda bu gün "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşacaq.

    “Liv Bona Dea Arena”da baş tutacaq və Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

    “Qarabağ” hazırda turnir cədvəlində 60 xalla lider mövqeyindədir. Üçüncü pillədə olan “Araz-Naxçıvan”ın isə 46 var.

    Misli Premyer Liqası

    III dövrə, XXVI tur

    8 mart

    19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.

    VAR: Əliyar Ağayev.

    AVAR: Zeynal Zeynalov.

    Hakim-inspektor: Anar Salmanov.

    "Liv Bona Dea Arena"

    Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.