"Zirə" Premyer Liqada "Səbail"ə qalib gəlib
Günün ilk matçında isə "Şamaxı" evdə "Sabah"dan üstün olub

"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.
Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.