XƏBƏRLƏR / İdman

AVRO-2024: Bu gün D və C qrupunun oyunları start götürür

Start fiti saat 17:00-da səslənəcək

AVRO-2024: Bu gün D və C qrupunun oyunları start götürür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç görüş keçiriləcək.

    Üçüncü oyun günündə D və C qrupunda oyunlar reallaşacaq.

    Günün ilk matçı D qrupunda gerçəkləşəcək. Hamburq şəhərində Polşa və Niderland milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

    C qrupunun ilk görüşü isə Ştutqartda baş tutacaq. Saat 20:00-da başlayacaq oyunda Sloveniya yığması Danimarkanı sınağa çəkəcək.

    Günün son qarşılaşması da eyni qrupda oynanılacaq. Helzenkirhen şəhərində, saat 23:00-da start götürəcək matçda Serbiya və İngiltərə seçmələri güclünü ayırd etməyə çalışacaq.

    AVRO-2024
    D qrupu, I tur

    16 iyun

    17:00. Polşa - Niderland
    Baş hakim: Artur Diaş (Portuqaliya).
    Hamburq, “Folksparkştadion” stadionu.

    C qrupu, I tur

    20:00. Sloveniya - Danimarka

    Baş hakim: Sandro Şerer (İsveçrə).

    Ştutqart, "MHP Arena" stadionu.

    23:00. Serbiya - İngiltərə

    Baş hakim: Daniele Orsato (İtaliya).

    Helzenkirhen, "Feltins Arena" stadionu.