XƏBƏRLƏR / İdman

Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya gəlməyəcək

Bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirilib

Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya gəlməyəcək
Vişvanatan Anand
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Milli Xalça Muzeyinin birgə təşkilatçılığıyla keçiriləcək “Çempionların savaşı” turnirinin heyətində dəyişiklik baş verib.

    AŞF-dən bildirilib ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən, səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib. Bununla bağlı AŞF-yə müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

    Aprelin 28-30-da Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

    Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.